Modern.az

İlaxır çərşənbədə bulvarda bayram şənliyi keçiriləcək

İlaxır çərşənbədə bulvarda bayram şənliyi keçiriləcək

Təhsil

13 Mart 2013, 11:32

Novruz bayramı ilə əlaqədar artıq Dənizkənarı bulvarda hazırlıq işlərinə başlanılıb. Bu haqda Modern.az-a məlumat verən Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məmmədov bildirib ki, martın 19-da Milli Parkda böyük tədbir keçiriləcək. Tədbirdə Prezident İlham Əliyevin də iştirakı gözlənilir.

“Artıq hazırlıq işlərinə başlanılıb. Səhnələr quraşdırılıb. Azərbaycanın ayrı-ayrı bölgələrinin kulinariyası təqdim olunacaq. Bunun üçün bulvarda olan satış köşkləri bir cərgədə yığılacaq. Azərbaycanın ayrı-ayrı rayonlarına aid nemətlər sərgilənəcək və satışa çıxarılacaq. Eyni zamanda xalçaların da nümayişi olacaq. Musiqi, muğam, meyxana da təşkil olunacaq. Keçəl, Kosa, Bahar qızı isə öz yerində”. 
N. Məmmədov Dənizkənarı Milli Parkda böyük bayram konsertinin olacağını da vurğulayıb. “Bu işin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir. Amma bayram tədbirləri bulvarda keçirildiyi üçün mən də komissiyanın üzvi kimi hazırlıqlarda aktiv iştirak edirəm”.  
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov da martın 19-da ilaxır çərşənbə günü nazirliyin təşkilatçılığı ilə böyük bayram tədbirinin olacağını qeyd edib.

“Bununla bağlı hazırlıq işlərinə başlanılıb, artıq məşqlər gedir. Novruz günü, yəni martın 20-21-dəki bayram tədbirini isə Bakı Şəhər İcra Hakimiyyəti təşkil edəcək”. 

Aytən Əliyeva    
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı