Modern.az

İdmançı Azərbaycan himnini Moldovada səsələndirdi

İdmançı Azərbaycan himnini Moldovada səsələndirdi

Aktual

20 Aprel 2013, 14:02


Modern.az məlumatına görə, Maldovanın Kişinyov şəhərində taekvando üzrə 21 yaşlıların Avropa çempionatında həmyerlimiz Fəridə Əzizova qızıl medal qazanıb. İdmançımız ilk görüşdə Hollandiyalı Reak Kimi 7-3 hesabı ilə məğlub edib.

F. Əzizova növbəti görüşünü Polşalı Lis Katarjinanı 9-4 heabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda İtaliyalı Ritseli Kristinanı 1-0 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Əzizova Fransalı Niare Abini 4-1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.  

 

Abbas Quliyev

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır