Modern.az

FHN Dəmiryol vağzalından 15 nəfəri xilas edib

FHN Dəmiryol vağzalından 15 nəfəri xilas edib

Təhsil

22 May 2013, 22:30

Fövqəladə Hallar Nazirliyi Dövlət Dəmir Yol İdarəsinin binasında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Modern.az-ın məlumatına görə, nazirlikdən bildirlib ki, Dövlət Dəmir Yol İdarəsinin Bakının Nəsimi rayonunda yerləşən 5 mərtəbəli binasının yarımzirzəmisində yanğın baş verib.

Hadisə yerinə dərhal FHN-nin yanğınsöndürmə qüvvələri və xilasediciləri cəlb edilib. Binanın üst mərtəbələrində qalmış 15 nəfər xilas edilib. Hadisə nəticəsində binanın yarımzirzəmisindəki otağın içərisinə yığılmış istifadəyə yararsız rabitə avadanlıqları yanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır