Modern.az

Serj Sərkisyan Ruhaninin andiçmə mərasiminə qatılacaq

Serj Sərkisyan Ruhaninin andiçmə mərasiminə qatılacaq

Dünya

29 İyul 2013, 11:36


İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin andiçmə mərasimində 40 ölkənin rəsmisi iştirak edəcək. Modern.az bu barədə İran KİV-lərinə istinadən xəbər verir. Məclisdə protokol departamentinin rəhbəri Seyid Məhəmməd Yəsribi bu barədə danışıb.

Onun sözlərinə görə, Əfqanıstan, Qırğızıstan, Pakistan, Livan, Ermənistan, Şimali Koreya, Tacikistan, Türkmənistan, Qvineya-Bissau və Toqo prezidentləri mərasimdə iştirak edəcək.  

O, digər ölkələrin baş nazirlərinin, parlament spikerlərinin, vitse-prezidentlərinin və Xarici İşlər Nazirləri köməkçilərinin mərasimdə iştirak edəcəyini də əlavə edib.  

Həsən Ruhani özünün hökumət kabinetini andiçmə mərasimi günü parlamentə təqdim edə bilər. Bu barədə o, bir sıra parlament üzvü ilə keçirdiyi görüşdə deyib.  

Peykər İbrahimova
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı