Modern.az

Həyatı anlamaq....

Həyatı anlamaq....

Aktual

2 Avqust 2013, 16:02


Həyatı anlamaq....

 Bu – indi siz, əziz oxuculara çatdıracağım gerçək həyat hekayəsini gənclərə danışmağı çox sevirəm.  Çünki hər bir insana dəstək qədər də həmin insanın aldığı dəstəyi zamanında doğru anlayıb addım atması da önəmlidir. Yəni, göstərilən dəstəyi doğru anlamaq dəstəyin özündən də dəyərlidir. 

  ABŞ-da işsiz bir adam iş istəmək üçün ünlü iş adamı Fordun ofisinə gedir. 8 ay davam edən israrlı müraciətlərdən və Fordun köməkçisi ilə uzun müzakirə-lər¬dən  sonra  nail olduğu görüşə razılıq əldə edir və  ona tətyin edilən saatda görüşə gedir.  Qəbul otağına çatanda köməkçi deyir:

"Ford indi bayıra çıxır. Siz də zəhmət olmasa, onu təqib edin!"

Ford  bir maşına minir, gənc də onun yanına. Yol boyu heç danışmırlar. Maşından enib bir dükana gedirlər. Qapıdakılar ünlü qonağı böyük sayğı ilə qarşılayarlar. Fordla gənc birlikdə gəzirlər, sonra eyni şəkildə 2-ci, 3-cü, 4-cü və 5-ci böyük dükanları da gəzdikdən sonra qayıtmaq üçün təkrar maşına dönürlər. Gənc daha dözməyib, soruşar:

"Hörmətli Ford! Mənimlə bir iş görüşməsi etməyəcəksinizmi?!."

"Aha, demək belə?.. Yaxşı, o halda!" Ford maşını dayandırıb, gəncdən enməsini istəyir və çıxıb gedir.

Şəhərdən uzaq, tənha bir yer..! Gəncin cibində isə heç pulu yoxdur. Əsəbiləşərək yürüməyə başlayır başıbəlalı (ancaq prinsipal!) gənc. Qan-tər içində evinə gəlir. Bir tərəfdən də düşünür: mütləq mənə bir dərs vermək istədi Ford, amma dərs nə dərsiydi?!.

Günlərlə yorumlayıb, bu gizli anlatımın, mesajın nə olduğunu anlamağa, tapmağa, çözməyə çalışır o gənc. Bir nəticəyə gəldikdə, həmən, Fordun ilk ziyarət etdiyi dükana qaçır. Ona böyük bir sayğı göstərirlər. Hər sualına sankı qarşılarında Ford varmış kimi nəzakətlə cavab verirlər. Bundan sonra 2-ci, 3-cü, 4-cü və 5-ci dükan rəsmilərinə deyir:

-        Məhsullarınızı satışa çıxarmaq istəyirəm.

-        Buyurun, istədiyiniz qədər alın, satın, pulunu da sonra ödəyin!

Bundan  böyük  yardımmı  olur  bir  insan  üçün? Sonra tutun, tuta bilirsinizsə... Beş il ərzində Amerikanın ən böyük iş adamlarından biri olur o gənc..! "Fordu bir ziyarət edim və şəxsən təşəkkürümü ona bildirim!"- deyə düşünür. Gedib Fordun katibəsinə söyləyər-söyləməz, aldığı cavab çox maraqlı olur:

-        Buyurun, cənab, Ford sizi gözləyir.

Ford ona bunu söyləyər:

-        Eyni yerdə maşından endirdiyim nə ilk adamsınız, nə də son..! İçlərindən bir tək siz nə demək istədiyimi  anladınız. O gündən bəri heyranlıqla sizi təqib edirəm!

Bəli, elə hikmət də bundadır. Çox  az  insan anlaya bilirona verilən mesajı, şansı... Anlaya bilənləri həyat ğdülləndirir, anlaya bilməyənlərə isə nə qədər dəstək gös¬tərirsiniz göstərin, dəstəyi  kəsdiyiniz an uğurları da bitəcək...

Millət vəkili Qənirə Paşayeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır