Modern.az

Qarabağdakı ermənilərə nələr göndərilib... - FOTO

Qarabağdakı ermənilərə nələr göndərilib... - FOTO

Qarabağ

22 Sentyabr 2023, 11:16

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə humanitar məqsədlə ərzaq yükü göndərilib.

 

Modern.az xəbər verir ki, Qarabağa göndərilən yardımın tərkibi məlum olub.

 

Belə ki, ümumilikdə 4 maşın göndərilib. Onlardan ikisi çörək daşıyır, digər ikisində isə ümumi çəkisi 20 ton olan ərzaq və gigiyenik məhsullar var.

 

Yardım paketlərində un, çay, yağ, şəkər tozu, müxtəlif çeşidli konfetlər, makaron, vermişel, bulqur, qarabaşaq, düyü məhsulları olub.

 

Bundan başqa uşaq bezi, diş fırçası, sabun və s. gigiyenik məhsullar da göndərilib.

 

1281439

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi