Modern.az

Türkiyənin güclü iqtisadiyyatı və siyasi çəkisi bizi də gücləndirir - PREZİDENT

Türkiyənin güclü iqtisadiyyatı və siyasi çəkisi bizi də gücləndirir - PREZİDENT

Ölkə

Bu gün, 16:30

“Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür”.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib.

Türkiyənin nəinki bölgədə gedən proseslərdə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərdə də söz sahibi olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır, bu bizi çox sevindirir və bizi də gücləndirir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri