Modern.az

Moskvada mer seçkisi keçirildi, ekzit-poll qələbəni Sobyaninə verdi

Moskvada mer seçkisi keçirildi, ekzit-poll qələbəni Sobyaninə verdi

Dünya

8 Sentyabr 2013, 21:34

/file/articles/

Sentyabrın 9-da son 10 ildə ilk dəfə Moskva şəhər meriyasının rəhbərliyinə seçkilər keçirilib. Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, əsas mübarizə hakimiyyətin dəstəklədiyi hazırki mer Sergey Sobyanin və müxalifətdən olan namizəd Andrey Navalnı arasında gedib.
Bəzi müxalifət nümayəndələri bir sıra məntəqələrdə kütləvi seçki saxtakarlığının baş verdiyini bildiriblər.
Seçki başa çatdıqdan dərhal sonra ekzit-poll keçiriən təşkilatlar qələbəni sergey Sobyaninə veriblər. Belə ki, onun 52,5 fazi səs topladığı qeyd olunur. Andrey Navalnının isə 30 fazi səs yığdığı bildirilir.

Əgər MSK Sobyaninin 50 fazidən çox səs topladığını təsdiqləsə, seçkilərin II turu olmayacaq.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı