Modern.az

Prezidentliyə namizədlərin AİLƏLƏRİ - İlyas İsmayılov: iki övlad və 3 nəvə - FOTOLAR

Prezidentliyə namizədlərin AİLƏLƏRİ - İlyas İsmayılov: iki övlad və 3 nəvə - FOTOLAR

23 Sentyabr 2013, 10:33


Seçki atmosferində prezidentliyə namizədlərin hər biri proqramları, şüarları, çıxışları, görüşləri və s. ilə seçicilərin diqqət mərkəzindədir. Lakin gələcək prezidenti seçəcək vətəndaşları konkret fəaliyyətlə bərabər, həm də namizədlərin şəxsi həyatı maraqlandırır.

Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərində 10 namizəd mübarizə aparacaq. 

Modern.az saytı prezidentliyə namizəd olan şəxslərin hər birinin ailəsi barədə oxucuları məlumatlandırır.

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizəd şəxslərdən biri Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovdur.

İlyas Abbas oğlu İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1996-ci ildə rəhbərlik etdiyi Ədalət Partiyası Azərbaycan Demokrat Partiyası ilə birləşib, İ.İsmayılov həmin partiyanın həmsədri seçilib. 2000-ci ildən Ədalət Partiyası yenidən müstəqil fəaliyyət göstərir və İ.İsmayılov hazırda onun sədridir.
2010-cu ildə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilib. 

Ailəlidir, iki oğlu var.

İlyas İsmayılovun xanımı Zəkiyyə İsmayılova tibb təhsili alıb. Biologiya elmləri doktoru olan Zəkiyyə İsmayılova  farmakologiya sahəsində ilk azərbaycanlı qadın elmləri doktoru və professordur. 1964-cü ildə Leninqrad Kimya-Əczaçılıq İnstitunu bitirib. Leninqrad Universitetinin  hərbi kafedrasında (1965-66), Leninqrad Kimya-Əczaçılıq İnstitunun farmakologiya kafedrasında (1966-67) pedaqoji fəaliyyət göstərib.
1967-ci ildən Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasınmda assistent (1967-70), baş müəllim (1970-77), dosent (1977-91), 1991-94-cü illərdə kafedra müdiri işləyib, 1994-cü ildən isə həmin kafedranın professorudur.

İlyas İsmayılovun oğlanları Etimad və Mətin hüquqşunasdırlar. Böyük oğlu Etimad İsmayılov özünün bildirdiyinə görə şahmatı sevir. “Görünür bəzən həyatda atacağın addımı şahmatdan öyrənməlisən”.

Etimad Leninqrad Dövlət Universitetinin hüquq fakultəsini, Mətin isə Moskva Dövlət Universitetinin hüquq fakültəsini, Nyu-York və Kolumbiya Universitetlərini bitirib.

Etimad Azərbaycan və Türkiyədə, Mətin isə ABŞ-da Nyu-York şəhərində çalışır.

Etimad İsmayılov bir müddət öncə Rusiyada işləyərkən orada həbs edilmişdi. Həbsdən çıxdıqdan  sonra isə məşhur telejurnalist Sevil Nuriyeva ilə ailə həyatı qurdu.

İlyas İmayılovun Amerikada yaşayan kiçik oğlu Mətinin 3 övladı var.










Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir