Modern.az

Borçalıda yaşayanların sayı açıqlandı

Borçalıda yaşayanların sayı açıqlandı

Diaspor

Bu gün, 14:25

Gürcüstan əhalisinin sayı 3.929.581 nəfər olub.

Modern.az xəbər verir ki, yenilənmiş məlumat Gürcüstan Milli Statistika İdarəsi tərəfindən açıqlanıb.

Məlumata görə, Gürcüstan əhalisinin 52%-i (2.048.577) qadınlar, 48%-i (1.881.004) kişilərdir.

"Yenilənmiş məlumatlara əsasən, Gürcüstan əhalisinin sayı 3.929.581 nəfər olub ki, bu da 2025-ci ilin iyun ayında dərc edilmiş ilkin məlumatlarla (3.914.000) müqayisədə 0,4% artım deməkdir. Gürcüstan əhalisinin 52%-i (2.048.577) qadınlar, 48%-i (1.881.004) kişilərdir. Qadınların nisbəti Tbilisi və Kutaisidə nisbətən yüksəkdir - 54%, Keda, Xelvaçauri, Xaraqauli, Saqareco və Marneuli bələdiyyələrində isə nisbətən aşağıdır - 49%".

Əhalinin siyahıyaalınmasının nəticələrinə görə, Gürcüstan əhalisinin ən böyük nisbəti 35-39 yaş qruplarına (7,6%), 10-14 yaş (7,4%) və 30-34 yaş (7,2%) düşür. Həmçinin qeyd etmək lazımdır ki, 85 və daha yuxarı yaş qrupunda qadınların sayı xüsusilə yüksəkdir və kişilərdən 2,6 dəfə çoxdur.

Əhali siyahıyaalınmasına görə, Tbilisinin əhalisi 1.331.485 nəfərdir ki, bu da Gürcüstan əhalisinin 34 faizini təşkil edir. Əhaliyə görə ikinci və üçüncü ən böyük bölgələr müvafiq olaraq əhalinin 13 və 11 faizini təşkil edən İmereti (510.741) və Kvemo Kartli (Borçalı) (441.630) bölgələridir.

"Siyahıyaalma beynəlxalq metodologiyaya uyğun olaraq, ölkədə daimi yaşayan bütün Gürcüstan vətəndaşları, eləcə də ölkə daxilində yerləşən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər siyahıyaalmaya cəlb ediliblər", - deyə açıqlamada bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!