Modern.az

Tramp İranla bağlı yekun qərar verdi

Tramp İranla bağlı yekun qərar verdi

Dünya

29 Aprel 2026, 10:43

ABŞ Prezidenti Donald Tramp komandasına İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşmaq göstərişi verib.

Modern.az “Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, son müşavirələrdə Tramp İran iqtisadiyyatına və neft ixracına təzyiqin davam etdirilməsi, ölkə limanlarının blokadaya alınması qərarını verib.

ABŞ prezidentinin fikrincə, digər variantlar - zərbələrin yenidən başlanması və ya münaqişədən çıxmaq daha böyük risklər yaradır. Qəzet qeyd edir ki, blokadanın davam etdirilməsi enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olan münaqişəni uzadır, Trampın reytinqlərinə mənfi təsir göstərir və Respublikaçılar Partiyasının aralıq seçkilərdə perspektivlərini daha da zəiflədir.

Hazırkı mərhələdə Trampı İran limanlarının müddətsiz blokadası qane edir və onun qənaətinə görə, bu addım Tehranın “çöküşünə” gətirib çıxarır.

Bundan əlavə, ABŞ kəşfiyyatı Donald Trampın ABŞ-nin müharibədə qələbə qazandığını elan edəcəyi təqdirdə İranın reaksiyasını araşdırır. Məqsəd ABŞ-ın münaqişədən mümkün çıxışının nəticələrini qiymətləndirməkdir.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu