Modern.az

Kombilərlə bağlı MƏHDUDİYYƏTİN SƏBƏBİ: Yeni qayda mənzil qiymətlərini artıracaq? - VİDEO

Kombilərlə bağlı MƏHDUDİYYƏTİN SƏBƏBİ: Yeni qayda mənzil qiymətlərini artıracaq? - VİDEO

Ölkə

28 Aprel 2026, 23:18

Nazirlər Kabinetinin müvafiq qərarı ilə çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyət tətbiq ediləcək.

Modern.az xəbər verir ki, qərara əsasən, fərdi istilik sistemlərinin quraşdırılmasına çoxmənzilli yaşayış binası 5 mərtəbəyə qədər olduqda, binanın yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda və mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda icazə veriləcək.

Bəs fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyətin tətbiqi yeni tikiləcək yaşayış binalarında mənzillərin qiymətlərinə təsir edə bilər?

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib ki, mərkəzləşdirilmiş qazanxana sisteminin qurulması mənzillərin maya dəyərini artıracaq:
"Bu da qiymətə təsir göstərəcək. Lakin digər tərəfdən mənzil sahiblərinin istiliklə bağlı xərcləri azala bilər".

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da yeniliyin tətbiqinin yaşayış sahələrinin qiymətlərini artıracağı qənaətindədir. Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyətlərin qoyulması ilə bağlı fərqli fikirdədir.

O, mərkəzləşdirilmiş qazanxanaların fərdi istilik sistemini əvəzləyə bilməyəcəyini deyir. Onun sözlərinə görə, kombi sistemi vətəndaşa daha çox müstəqillik verir və nasazlıq zamanı problemi daha qısa müddətdə həll etməyə imkan yaradır:

"Amma iri qazanxanaların texniki baxışı, təmiri və istiliyin ötürülməsi zamanı yaranan itkilər də nəzərə alınmalıdır. Bu isə mərkəzləşdirilmiş istilik sisteminə malik mənzillərin cəlbediciliyini azalda bilər".

(Baku TV)

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!