Modern.az

Maksimum bal toplayan abituriyent bu ali məktəbi SEÇİB

Maksimum bal toplayan abituriyent bu ali məktəbi SEÇİB

Təhsil

Bu gün, 21:58

15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 300 bal toplayan şagirdlərin siyahısı elan olunub.

Modern.az xəbər verir ki, Belə ki, onlardan biri də Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Həsənli Bəxtiyar Vüqar oğludur.

“Nəticələr açıqlananda sevincimdən yerimdə dayana bilmədim. Açığı, 300 bal toplayacağımı gözləmirdim. Səhvlərimin olduğunu düşünürdüm və nəticədə 300 bal görmək məni həqiqətən çox təəccübləndirdi.

Birinci ixtisas qrupu üzrə hazırlaşıram.

Gələcəkdə Bakı Ali Neft Məktəbinə qəbul olmağı düşünürəm. Daha çox kompüter sahəsinə informasiya təhlükəsizliyi və ya proseslərin avtomatlaşdırılması kimi ixtisaslara marağım var. Amma hələ tam dəqiq seçim etməmişəm.Buraxılış imtahanı mənim üçün gözlədiyim kimi keçdi. Suallar nə çox çətin, nə də çox asan oldu. Müxtəlif səviyyələrə uyğun tapşırıqlar var idi.

Məncə yüksək nəticə əldə etmək istəyənlər üçün ən vacib məsələ istək və nizam-intizamdır. Bu iki amil uğurun əsasını təşkil edir. Gələcək planlarımla bağlı isə hələ tam qərar verməmişəm. Zamanla daha dəqiq istiqamət müəyyənləşdirəcəyəm".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!