Modern.az

Deputat müğənnilərin canına vəlvələ saldı: “Bu nə qanundur? Başqa işiniz yoxdur?”

Deputat müğənnilərin canına vəlvələ saldı: “Bu nə qanundur? Başqa işiniz yoxdur?”

Aktual

28 Sentyabr 2013, 13:56

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib ki, Azərbaycanda da sponsorluq haqqında qanun qəbul oluna bilər:

“Əlbəttə, yerli şərait, səviyyə hazırlığı nəzərə alınmalıdır. Çünki  elə şeylər var ki, mütləq yerli gerçəkliyə uyğun hesablanmalıdır. Məsələn, ilk növbədə sponsorların vergidən azad olunmasını əsas göstərici götürsək, onda burada xeyli konyuktur məsələlər çıxa bilər. Məsələn, sponsorluğu hüquqi şəxs, müəssisə edəcəksə, o, verginin hansı hissəsindən azad olunmalıdır? Ola bilsin ki, kimsə vergidən azad olmaq üçün mədəniyət sahəsinə sponsurluq etsin, amma onun ayırdığı vəsait çox cüzi olsun. Yəni qanun yaradılacaqsa, burda əsas məsələ sponsorun cəmiyyətin xeyrinə nə qədər iş görə biləcəyi nəzərə alınmalıdır”.

Hazırda sponsorluq məsəlləsinin ən aktual olduğu sahələrdən biri də şou-biznesdir. Müğənnilər sözügedən qanunun qəbulunu necə qarşılayacaqlar? Modern.az bir qrup sənət adamı arasında sorğu keçirib.

Əməkdar artist Cavanşir Məmmədov:


“Efirdə görürük ki, filan klinika filan verilişə sponsorluq edir. Aydın məsələdir ki, bu şirkətin rəhbərliyi tərəfindən edilir. Ancaq hansısa müğənniyə sponsorluq edən şirkət, yaxud insanın kimliiyi bilinməyəndə o müğənninin adına ləkə gəlir, müəyyən şübhə oyanır. Bir xeyir işdə, biri rəhmətə gedəndə bütün qohum-əqrəba deyir ki, “Allah filankəsin balasını saxlasın, kömək elədi”. Bu da köməkliyin başqa bir növüdürsə, burda da ortaya çıxmalıdır. İndi kim kimə xəlvəti pul xərcləyir? Hər şey açıq şəkildə olmalıdır. Sponsorun varsa, de ki, filan şirkət, yaxud filankəs mənim sponsorumdur. Necə olur ev alırsan, maşın alırsan, xaricə istirahətə gedirsən və bunu deyə bilirsən, sənə bir sponsor klip çəkdirir onu deyə bilmirsən?”. 

Əməkdar artist Ədalət Şükürov:  


“Sponsorum yoxdur. Olsa da pis olmazdı. İkincisi, sponsorun 90 faizi istəmir kimsə onun adını bilsin. Bu nə qanundur? Başqa işiniz yoxdur? O qədər başqa məsələlər var ki, 125 deputat onları həll etməlidir. Yəni sizin bu qəddər artıq vaxtınız varmı belə məsələlərə həsr etməyə? Bizim dövlətə lazım olan o qədər lazıımlı məsələlər var ki. Kim qoyub bunu müzakirəyə? İstəyirsiniz sabah sizə N qədər məsələlələr təklif edim müzakirə üçün. Onları müzakirə etmək lazımdır. Kim kimə kömək edir, nə edir. Belə insanlara mesenat deyirlər. Vaxtımız da azdır həyat da qısadır”.


Əməkdar artist Ruhəngiz Allahverdiyeva:

 



”Ömür boyu bütün işlərimi özüm görmüşəm. Əgər düz yolla olsa, sponsora ehtiyac var. Müğənniyə yaxşı pul lazımdır. Amma o baxır kim hansı fikirlə səninçün bu işi görəcək. Məsələn, Alim Qasımov üçün hər kəs parasından keçməyə hazırdır. Əgər həqiq sponsordursa, onu kimin maliyyələşdirdiyini deməlidir. Başqa kim nə edir  o mənə maraqlı deyil”.  

Əməkdar artist Almaz Ələsgərova:



”Mən heç kimə hesabat verməyəcəyəm, vəssalam. Nə oldu nə olmadı. Pul hardan gələ bilər? Özüm qazanıram da. Nə sponsor e. Sponsor var? Kimə sponsorluq edib sponsor? Bütün işlərim özüm görürəm”.  

İntiqam Valehoğlu
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı