Modern.az

Deputat: “9 uşağı olan anaya 5 uşağı olan anadan çox müavinət verilməlidir”

Deputat: “9 uşağı olan anaya 5 uşağı olan anadan çox müavinət verilməlidir”

Aktual

1 Oktyabr 2013, 16:00

Dünən Milli Məclisin Sosial siyasət komitəsində müzakirə edilən və plenar iclasda təsdiqlənən “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişiklərə əsasən, 5-dən çox uşağı olan analar müavinət alacaqlar. Bu müavinət 5-ci uşağın bir yaşı, birinci uşağın 18 yaşı tamam olana kimi analara veriləcək. Qanuna edilən dəyişikliyə əsasən isə 5 uşağı olanla, 6, 7, 8 və hətta 9 uşağı olan analara eyni müavinət veriləcək.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova Modern.az-a açıqlamasında bildirib ki, burada 5-dən çox uşağa malik ailələrə müavinətlərin verilməsi zamanı analar arasında fərqin olmaması sual doğuran məqamdır.

“Yaxşı olardı ki, burada uşaqlara görə differensasiya olsun. Beş uşağı olan analara verilən müavinətlə, 6, 7, 8 və daha çox uşağı olanlara verilən müavinət fərqlənsin. Bu hələ ilkin müzakirədir. Bunu biz müzakirə edəcəyik və tövsiyyə edəcəyik ki, bizim səsləndirdiyimiz fikirlər burada öz əksini tapsın. Çünki ailədə doğulan hər uşağa görə bu məbləğ bir az da artırılmalıdır”.

Aytən ƏLİYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır