Modern.az

Kənd Təsərrüfatı Nazirliyində iki məmur vəzifəsini itirdi - EKSKLÜZİV

Kənd Təsərrüfatı Nazirliyində iki məmur vəzifəsini itirdi - EKSKLÜZİV

Aktual

15 Noyabr 2013, 14:58

Kənd Təsərrüfatı Nazirliyində daha iki vəzifəli şəxs işdən çıxıb. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Modern.az saytına eksklüziv açıqlamasında bildirib. Nazir bildirib ki, bunlar öz xahişləri ilə işdən çıxmaq haqda ərizə yazan Aparat rəhbəri Tofiq Hüseynov və Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar Həsənovdur.
“Mən heç kimi işdən kənarlaşdırmamışam. Onlar öz xahişləri ilə ərizə yazıb işdən uzaqlaşdılar”.

Qeyd edək ki, Heydər Əsədovun kənd təsərrüfatı naziri postuna gəlişindən az sonra iki nazir müavini – Aslan Aslanov və Bəhram Əliyev prezidentin sərəncamı ilə işdən çıxarılıblar. Heydər Əsədov bildirib ki, nazir müavini vəzifəsinə yeni təyinat gerçəkləşdirmək prezidentin səlahiyyətlərinə aiddir.

“Nazirin özünə müavin təyin etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət prezidentə məxsusdur. İki nazir müavini postu hələ ki boşdur. Bir müavinim var, mən də hələlik onunla işləyirəm. Aparatın rəhbəri öz xahişi ilə işdən gedib. Burada digər qurumların rəhbərləri yerindədir. Onlarla işləyirəm”-deyə Heydər Əsədov qeyd edib.

Heydər Əsədov bu il oktyabrın 22-də formalaşdırılan yeni hökumətdə kənd təsərrüfatı naziri təyin edilib.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır