Modern.az

Maydan fəalları hava limanında Yanukoviçi gözləyir

Maydan fəalları hava limanında Yanukoviçi gözləyir

Dünya

17 Dekabr 2013, 12:35

Kiyevdəki Avropa meydanını özünümüdafiə dəstəsinin 200 fəalı Borispolski şossesində, hava limanına gedən yolda piket keçirirlər. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, aksiya keçirənlər prezident Viktor Yanukoviçin Moskvaya səfərinə etiraz edərək “Yanukoviç - üzünü Avropaya tərəf çevir”, “Moskvadan əl çək” kimi şüarlar səsləndiriblər.

Xatırladaq ki, bu gün Moskvaya rəsmi səfərə gedəcək Ukrayna prezidenti Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəcək. Görüşün nəticəsi olaraq bir sıra ikitərəfli sənədin imzalanması nəzərdə tutulur. Qeyri-rəsmi məlumata görə, Ukrayna Rusiyadan 15 milyard dollar kredit ayrılmasını xahiş edəcək. Bundan əlavə, qazın qiymətində güzəştə gedilməsinə də toxunulacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır