Modern.az

Davudoğlu: “Biz, Qafqazın bəxtsiz taleyini mütləq dəyişdirəcəyik”

Davudoğlu: “Biz, Qafqazın bəxtsiz taleyini mütləq dəyişdirəcəyik”

14 May 2010, 09:30

“Bir gün Qarsdan yola düşən avtomobil Yerevan, Kəlbəcər, Ağdam üzərindən keçərək rahat şəkildə Bakıya gələcək”. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərə müsahibəsində bildirib. “Biz, Qafqazın bəxtsiz taleyini mütləq dəyişdirəcəyik və bu bölgədə psixoloji inqilab həyata keçirəcəyik. Bu siyasətin uğurlu olması üçün əvvəlcə, bu siyasəti aparanların inanması, sonra isə başqalarını inandırması lazımdır. Türkiyə buna inanır”,-deyə Davudoğlu bildirib.

 

Davudoğlu Türkiyə-Ermənistan münasibətinə də toxunub. Onun sözlərinə görə,   protokolların ratifikasiya prosesini dondurmaqla nə Türkiyə, nə də Ermənistan heç nə əldə edə bilməyəcək. Belə bir bəyanatla Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib. O əlavə edib ki, protokollardan imtina nə Ankara, nə də İrəvanın marağında deyil.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü