Modern.az

İlyas İsmayılovun sosial mediada verilmiş qalmaqallı müsahibəsi barədə

İlyas İsmayılovun sosial mediada verilmiş qalmaqallı müsahibəsi barədə

Təhsil

27 Mart 2014, 17:51

Milli Məclisin bu ayda keçirilmiş sonuncu iclası martın 14-ə təsadüf etsə də, həmin tarixdən 12 gün sonra - martın 26-da deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılov mətbuata müsahibə verib. İlyas İsmayılov bildirib ki, parlamentin son iclasında spiker Oqtay Əsədov tərəfindən onun çıxışına sərt reaksiya verilib.
Qarşı tərəf isə İ.İsmayılovun iddiasını əsassız sayaraq, əslində isə onun çıxışına heç bir sərt reaksiya deyil, sadəcə olaraq, qısa şərh verildiyini bildirir.
Buna qeyri-adekvat reaksiya verən İlyas İsmayılov ona heç kimin “zameçaniye” etməyə ixtiyarı olmadığını söyləyib.

İlyas İsmayılovun etikadan kənar belə sərt reaksiyası onu göstərir ki, spikerin onun çıxışına verdiyi şərh düzgün, yerində verilib.
Hüquqşünas deputatın Milli Məclisin Daxili Nizamnaməsinə istinadı da yalnız özünü təmizə çıxartmaq məqsədi daşıyır. Məhz buna görə özünə sərf edən maddələrin müddəalarına əsaslanmaq istəyir. Əslində isə Nizamnamənin 8-ci və 10-cu maddələrinə istinad edən İlyas İsmayılov 9-cu maddənin adını çəkmir.  Halbuki, həmin maddədə bildirilir ki, iclasa sədrlik edən parlament etikasını gözləməyənlərə xəbərdarlıq edir, təkrar pozuntuya yol verilərsə, bütün iclas günü ərzində həmin şəxsi sözdən məhrum edə və bunu iclasda elan edə bilər. Özünü bu tərzdə aparmaqda davam edən şəxs Milli Məclisin iclasında sədrlik edənin göstərişi ilə iclas salonundan çıxarıla bilər.

Milli Məclisin iclasında belə bir qovğanı yaratmış İlyas İsmayılov özünə bəraət qazandırmaq üçün özünün də üzv olduğu parlament həmkarlarının ünvanına təhqiramiz ifadələr söyləməkdən belə çəkinməyib. Parlament etikasına sığmayan hərəkətlərini ört-basdır etmək məqsədi ilə mediaya geniş müsahibə verən İlyas İsmayılov bir daha populist siyasətçi rolunda çıxış edir.

Bu gün özünü müxalifətçi kimi qələmə verən İlyas İsmayılov respublika prokuroru olduğu dövrdə o vaxtkı Vəzirov rəhbərliyinin bütün göstərişlərini canla-başla yerinə yetirib. İndi isə o, ölkə rəhbərliyini əsassız tənqid edir. Amma İlyas İsmayılov 1990-cı ilin 20 yanvar qırğınında faciə ilə bağlı məlumat vermək üçün Ali Sovetə davamlı zənglərdən sonra böyük çətinliklə gəldiyini unutmamalıdır. 

Müsahibəsində Polşa yazıçısı Bruno Yasenkinin “Laqeydlərin sui-qəsdi” əsərindən sitat gətirən İlyas müəllimə bildirmək istəyirik ki, millətin taleyinə ən böyük laqeydliyi vaxtilə respublika prokuroru olduğu dövrdə xain Vəzirov rəhbərliyinin göstərişlərini yerinə yetirməklə məhz o, özü edib.

Rafiq Qənbərov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı