Modern.az

Azərbaycana qar yağdı, şaxta düşdü

Azərbaycana qar yağdı, şaxta düşdü

30 Mart 2014, 14:25

Martın 30-da gecə saatlarından başlayaraq Azərbaycan ərazisində hava şəraiti kəskin şəkildə pisləşib. Bakıya və bölgələrə yağıntı düşüb, bəzi rayonlara qar yağıb. Ölkə ərazisində güclü şimal-qərb küləyi əsir.
Modern.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın şimal və qərb rayonlarına sulu qar, qar yağıb, temperatur 5 dərəcəyə düşüb.
Ən çox qar Quba, Qusar rayonları ərazisinə düşüb. Burada qarın qalınlığı 20 sm-dən çoxdur.

Həmçinin, Gəncə, Tovuz, Daşkəsən və Gədəbəy rayonlarına da 15 sm-dək qar  yağıb. .

Zaqatala, Balakən, Qax və Şəki rayonlarının da dağətəyi kəndlərinə 2-4 sm qalınlığında qar yağıb. Havanın temperaturu dağlıq ərazilərdə -2 -4 dərəcəyə qədər aşağı düşüb.

Səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində sulu qar yağıb. Bakıda güclü şimal-qərb küləyi əsir.

Kənd təsərrüfatı mütəxəssisləri qarın aqrar sahəyə, xüsusən də meyvəçiliyə mənfi təsir göstərəcəyini bildirirlər. Şaxtalar qar yağan ərazilərdə çiçək açan ərik, alça və digər meyvə ağaclarının məhsuldarlığını azalda bilər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir