Modern.az

Aqil Abbas 61 yaşında: “Qohum-dost yanıma gəlsə, evdən qovmayacağam ki...”

Aqil Abbas 61 yaşında: “Qohum-dost yanıma gəlsə, evdən qovmayacağam ki...”

1 Aprel 2014, 12:38

Bu gün yazıçı, jurnalist, deputat Aqil Abbasın doğum günüdür. 61 yaşı tamam olan yazıçı doğum günü təssüratlarını Modern.az-la bölüşüb.

“Mən heç doğum günümü keçirtmirəm. 50 yaşımda keçirtmişəm. Axşam kartof da qızarda bilərlər, plov da bişirə bilərlər. Mən evimizdə oturaram, vəssalam. Amma rəsmi qonaqlıq eləyib kimisə çağırmıram. Daha doğrusu qohum-dost yanıma gələrsə, evdən qovmayacağam ki... Deyəcəm xoş gəlmisən. Yəni, qapım açıqdır. Bu dəqiqə də doğum günümdə ağdamlılarla-qohum əqrəba, qaçqın camaatıyla birgə çayxanada çay içirik. Ən yadımda qalan doğum günüm 50 yaşımda ulu öndərin ( Heydər Əliyev) mənə qeyri-adi bir saat və iki qızıl qələm bağışlamasıdır. Mənim üçün dünyada ondan qiymətli hədiyyə yoxdur. 60 yaşım da möhtərəm prezident İlham Əliyevin mənə verdiyi “Şöhrət ordeni” ilə xatirimdə qalıb. Yəqin ki, bunlar yadda qalar. Adətən doğum günü keçirtmərəm. Amma dostlar zəng vurub təbrik eləyəndə xoşuma gəlir ki, yadlarına düşürəm. 

Mənim “Ən xoşbəxt adam” povestimdə bir yer var. Yazmışam ki, “ailədə 8 uşaqdırlar. Atası da bilmir, kim hansı gündə doğulub. Bu bir, ikincisi də ona görə doğum günü yadındaydı ki, o aprelin 1-də doğulmuşdu. Başqa gün doğulsa, bəlkə heç yadına düşməzdi. Aldatma günüdür, hamı bir-birini aldadır. Və onun üçün doğum günü önəm daşımırdı. Nə Məhəmməd peyğəmbərin nəslindən idi, nə Eynşteynin nəslindəndi ki, onun dünyaya gəlməyi nəsə bir məna kəsb eləsin”. Bu mənim özüm haqqımda yazdığımdı”.

Misranə Həsənzadə

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü