Modern.az

Abbas Abbasov İlham Əliyevi təbrik etdi

Abbas Abbasov İlham Əliyevi təbrik etdi

Aktual

27 May 2014, 22:03

 

Baş nazirinin keçmiş I müavini, “Azərros” Ağsaqqallar Şurasının sədri, hazırda Rusiyada yaşayan Abbas Abbasov Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

Modern.az “Azərros”un saytına istinadən xəbər verir ki, A. Abbasov 28 May Respublika Günü ilə əlaqədar Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

O bildirib ki, Rusiya azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti (“Azərros”) və şəxsən öz adından İlham Əliyevi təbrik edir.

Sabiq nazir müavininin sözlərinə görə Azərbaycan Demokratik Respublikasının yaranması tariximizin parlaq səhifəsidir.

“ Uzun illər əvvəl bünövrəsi qoyulmuş demokratik, tolerant, ənənələr davam edir. Azərbaycan dinamik şəkildə inkişaf edən perspektivli suveren respublikadır. Məhz sizin sayənizdə nəsillərin ənənələri saxlanılır. Rusiya ilə Azərbaycan arasında gələcək münasibətlərin möhkəm bünövrəsi qoyulur”,-deyə A. Abbasov bildirib.  

Sonda isə deyilir:

“Sizə xoşbəxtlik, sağlamlıq  arzu edirəm. Doğma  torpağın və xalqın rifahı üçün başladığınız işlərdə sizə müvəffəqiyyətlər diləyirəm”.  

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır