Modern.az

Yemişin faydalarından bəhrələnin, amma bal, su, süd və alkoqolla qarışdırmayın

Yemişin faydalarından bəhrələnin, amma bal, su, süd və alkoqolla qarışdırmayın

Aktual

25 İyun 2014, 01:08

Yəqin ki, isti yay günlərində sərin və şirin yemişdən heç kim imtina etməz. O dadlı olduğu qədər də faydalıdır. Cəmisi 100 qram yemişin tərkibində olanlara nəzər yetirsək, bir daha bunun şahidi olarıq.
Modern.az saytı yemişin faydalarını diqqətinizə çatdırır:

Su: 90.0 q.

Zülal: 0.6 q.

Karbohidratlar: 7.4 q.

Doymamış yağ turşuları: 0.1 q.

Nişasta: 0.1 q. 

Üzvi turşu: 0.2 q.

Vitamin A: 0.4 mq.

Vitamin B1: 0.04 mq.

Vitamin B2: 0.04 mq.

Vitamin B3: 0.2 mq.

Vitamin B6: 0.06 mq.

Vitamin C: 20.0 mq.

Vitamin E: 0.1 mq.

Vitamin PP: 0.4 mq.

Dəmir: 1.0 mq.

Kalium: 118.0 mq.

Kalsium: 16.0 mq.

Maqnezium: 13.0 mq.

Sodium: 32.0 mq.

Kükürd: 10.0 mq.

Fosfor: 12.0 mq.

Xlor: 50.0 mq.

Bəs belə bir zəngin kimyəvi tərkibə malik olan yemişin orqanizm üçün hansı faydaları var?

1. Yemiş böyrəkləri təmizləyir, böyrək daşlarının tökülməsiə kömək edir, sidikqovucu xassəyə malikdir.

2. Qəbzliyi olanlar üçün yemişdən istifadə xeyirlidir.

3. Bağırsaqların fəaliyyətinin yaxşılaşdırır.

4. İmmun sistemini gücləndirir, bədənin ümumi tonusunu normallaşdırır.

5. Yemişdən müntəzəm istifadə edildikdə dəriyə müsbət təsir göstərir.

6. Yemiş həmçinin sinir sisteminə də müsbət təsir göstərir, normal yuxunu təmin edir.

7. Ağır xəstəliklərin müalicəsindən sonra orqanizm üçün tələb olunan vitaminlərin bərpa olunmasında yemiş olduqca faydalıdır.

8. Kişilərin cinsi fəaliyyətinin gücləndirilməsində yemiş və onun tumları təbii afrodiziakdır.

9. Yaddaşında problem olanlar üçün də yemiş ən yaxşı vasitələrdən biridir.

10. Ürək damar xəstəliklərinin profilaktikası üçün yemiş faydalıdır.

Faydaları ilə yanaşı yemişin əks göstəriciləri də var. Şəkərli diabetlərə, mədə və onikibarmaq bağırsağında xora olanlara yemişdən istifadə məsləhət deyil.

Yemişlə digər qida məhsullarını qarışdırmaq faydasından çox ziyan verə bilər. Belə ki, yemişdən sonra su, süd içmək, alkoqollu içkilər qəbul etmək və artıq el arasında tez-tez səslənən yemişlə bal yemək orqanizm üçün ciddi problemlər yarada bilər. Ona görə də yemiş yedikdən sonra digər qida məhsullarını qəbul etmək üçün 2-3 saat fasilə vermək lazımdır. Yemişin üstündən maye qəbul edildikdə mədə bağırsaq sistemində pozğunluq əmələ gəlir, yaxud yemişlə balı bir yerdə qəbul etdikdə mədədə alınmış ağır kütlə həzm problemi yaradır. Buna görə də ürəyinizdən yemiş yemək keçəndə bu məsələlərə diqqət yetirin. Xüsusilə yolda və səfərdə olanda yemişlə digər qida məhsullarını qarışdırmayın ki, səfəriniz yarımşıq qalmasın. Çünki elə problemlə qarşılaşa bilərsiniz ki, həkim müdaxiləsinə mütləq ehtiyac yaranar.

Yuxarıda göstərilənləri nəzərə alaraq özünüzü yemişin dadından və faydasından məhrum etməyin.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır