Modern.az

“Barselona” transfer bombasını partlatdı!

“Barselona” transfer bombasını partlatdı!

Dünya

12 İyul 2014, 00:17



“Barselona” klubu bu mövsümkü uğursuzluğu unutdurmaq üçün heyətini gücləndirməkdə davam edir. Kataloniya klubu rəsmi saytı “Liverpul”da forma geyən uruqvaylı forvard Luiz Suarezin transfer etdiyini bildirdi.

Uzun müddətdir ki, transfer olunması gözlənilən Luiz Suarez nəhayət ki, kataloniya klubuna keçidi rəsmiləşib. “Liverpul” klubu da rəsmi saytından Luiz Suarezin keçidini təsdiqləyib və futbolçuya təşəkkürünü bildirib.

Qeyd edək ki, “Barselona” klubu bundan əvvəl, qapıçılar Kladio Bravo və Ter Stegeni, yarımmüdafiəçi İvan Rakitiçi heyətinə qatmışdı.

Fərrux Həsənli
Azərbaycan Universitetinin tələbəsi

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır