Modern.az

Akademiklər yeni qanun layihəsini gözləyirlər

Akademiklər yeni qanun layihəsini gözləyirlər

Aktual

21 İyul 2014, 16:19

 

“Elm siyasəti haqqında” Qanun layihəsinin qəbul ediləcəyi barədə xəbərlər vaxtaşırı mediada yer alsa da uzun müddətdir ki, məsələ öz həllini tapa bilmir. Milli Elmlər Akademiyanın vitse-prezidenti akademik İsa Həbibbəyli bir müddət öncə qeyd etmişdi ki, sənəd ilkin olaraq akademiyada müzakirə olunacaq.

 Milli Məclisin Elm və Təhsil Komitəsindən isə bildirilib ki, yeni layihədə elm xadimlərinin sosial mənafeyini dirçəldə biləcək maddələr var. Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinin də alacağı maddi vəsaitin artırılacağı gözlənilir. Bu qanun layihəsi ötən il akademiyanın Rəyasət Heyəti tərəfindən müzakirə olunub. İnstitut və elmi təşkilat rəhbərləri də qanun layihəsi ilə bağlı öz rəylərini yazıb. “Elm siyasəti haqqında” Qanun layihəsinin yeni variantı isə hələ də Rəyasət Heyətinin müzakirəsinə buraxılmayıb. Ötən ilki variantı müzakirə edən akademik və professorlar indi yeni variantın müzakirəsini gözləyir.

AMEA_nın Kibernetika İnstitutunun direktoru akademik Adil Qəribov da bizə açıqlamasında qanun layihəsinin yeni variantı ilə hələ ki, tanış olmadığını deyib: “Ötən il birinci variantı müzakirə etdik. Bu ilki yeni variantda yeni nə olacaqsa, bundan xəbərsizəm”.

Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev də həmkarı ilə eyni fikirdədir. Akademik qanun layihəsinin birinci variantına öz rəyini yazıb yolladığını qeyd edib: “Köhnə varianta mən də rəy yazmışam. Ancaq onun haqqında məlumat verə bilərəm. Yeni variantla tanışlığım olmadığından onun haqqında nəsə danışmaq isə doğru olmaz”.

Qeyd edək ki, AMEA-ın Rəyasət Heyəti yay məzuniyyətinə çıxdığından digər istiqamətdə aparılacaq islahatlar və layihələrlə birlikdə “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəsi müvəqqəti təxirə salınıb. 

Elmin NURİ 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır