Modern.az

Çində hazırlanan rolikdə Şimali Koreya lideri ələ salınıb - VİDEO

Çində hazırlanan rolikdə Şimali Koreya lideri ələ salınıb - VİDEO

22 İyul 2014, 10:33

Koreya Xalq Demokratik Respublikası (KXDR) hökuməti Çin Xalq Respublikasından (ÇXR) bu ölkənin lideri Kim Çen Inın səfeh formada hazırlanan videoklipinin yayımını dayandırmağa çağırıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya hökumətinin fikrincə, həmin video onların liderinin şərəf və ləyaqətini alçaldır. Üç dəqiqə yarımlıq klip oyun səhnəsindəki real fraqmentləri özündə əks etdirir. Klipdə şən mahnı da səslənir. Səhnələrdən birində diktatoru Barak Obama təpikləyir, digərində onun başına vedrə keçirir və hovuza itələyir, üçüncüdə o, “Üsamə bin Ladenlə” əl-ələ tutub rəqs edir.

Məlumatda qeyd edilir ki, klipi Cənubi Koreya universitetlərindən birində təhsil alan Çjan və Suçjou soyadlı iki çinli hazırlayıb. Klip izlənməsinə görə sosial şəbəkədə populyarlıq qazanıb. 10 gün ərzində 200 min adan klipi izləyib.  


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı