Modern.az

Kobaniden təcili çağırış: Şəhər əldən gedir

Kobaniden təcili çağırış: Şəhər əldən gedir

Dünya

9 Oktyabr 2014, 21:27



Suriyanın Türkiyə ilə sərhədinə yaxın ərazidə yerləşən Kobanidən bu dəqiqələrdə təcili yardım çağırışı gəlib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Kobaninin taleyini müəyyən edəcək ən kritik qapı olan Mürşitpınar sərhəd qapısı əldən getmək ərəfəsindədir.

PKK-ya yaxınlığı ilə tanınan ANF agentliyi Kobanidəki son vəziyyət haqda məlumat yayıb. Bölgədəki kürdlər təcili çağırış edərək, İraq Şam İslam Dövlətinin (İŞİD) bütün gücü ilə Kobaninin can damarı olan Mürşitpınar sərhəd qapısına hücuma başladığını xəbər verib.

Kobani uğrunda müharibənin 25-ci günündə 3 cəbhədəki döyüşlər şiddətlənib. İŞİD bütün gücü ilə ən kritik cəbhəyə hücum başladıb. İŞİD bütün ağır silahlarını da bu qapıya çevirdiyi bildirilir.

Bölgədəki kürd mənbələrdən gələn xəbərlərə görə, Şərq, Cənub və Qərb cəbhələrində bu günə qədərki ən şiddətli qarşıdurmalar yaşanır. Kobaninin üçdə birini əlində tutan İŞİD səhər saatlarında 2 məhəlləni daha ələ keçirmişdi.

Günorta saatlarında isə Kobaninin can damarı olan və kritik əhəmiyyətə sahib olan Mürşitpınar sərhəd qapısına İŞİD tərəfindən böyük bir təcavüz başlayıb. İŞİD-in buranı  ələ keçirəcəyi təqdirdə Kobani tamamilə mühasirəyə alınacaq ki, bu da şəhərin təslim alacağı anlamına gəlir.

Kobanidəki kürdlər şiddətli hücum səbəbi ilə təcili çağırış edərək Mürşitpınar sərhəd qapısı əldən getdiyi təqdirdə böyük bir qətliamın baş verəcəyini bildiriblər. Kürd rəsmilərin verdiyi məlumata görə, Kobaninin xaricə açılan tək qapısı olan Mürşitpınar ələ keçirilərsə, minlərlə vətəndaş böyük bir qırğın təhlükəsi ilə qarşılaşacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır