Modern.az

Orqanizmi təmizləməyin ən asan üsulu - MARAQLI

Orqanizmi təmizləməyin ən asan üsulu - MARAQLI

Aktual

10 Noyabr 2014, 04:01


Pis ekoloji mühit, düzgün qidalanmama, keyfiyyətsiz ərzaq məhsulları, uzun müddət kimyəvi dərman pereparatlarının qəbulu insan orqanizmində zaman-zaman zərərli maddələrin toplanmasına gətirib çıxarır ki, bu da öz növbəsində ciddi xəstəliklərin yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün ən vacib şərtlərdən biri mütəmadi olaraq orqanizmin təmizlənməsidir.

Modern.az-ın məlumatına görə, xalq təbabətində orqanizmin təmizlənməsinin bir çox üsulları var. Onlardan ən asanı isə düyü ilə orqanizmi zərərli maddələrdən təmizləməkdir.

Bunun üçün sizə yaşınızın sayına uyğun düyü lazımdır. Yəni, əgər 40 yaşınız varsa 40 xörək qaşığı düyü götürüb yaxşıca yuyun. Sonra onu qazana töküb üzərinə qaynadılmış soyuq su əlavə edin. Suyun miqdarı o qədər olmalıdır ki, düyü tam suyun içində qalsın. Bundan sonra qazanı soyuducuya qoyun. Səhər tezdən, mədə və bağırsaqların daha fəal olduğu 7-8 radələrində qazandakı suyu boşaldıb 1-2 qaşıq düyüdən götürün suda 5 dəqiqə qaynadın. Yağ və duz əlavə etmədən qəbul edin. Düyü olan qazana isə yenidən qaynadılmış soyuq su töküb növbəti gün üçün soyuducuya qoyun. Düyünü yedikdən sonra iki saatdan az olmamaq şərti ilə heç nə yeməyin. O cümlədən çay və su da içməyin. Qazanda düyü qurtarana qədər təmizlənməni davam etdirin.

Artıq bir neçə gündən sonra müsbət dəyişikliyi hiss edəcəksiniz. Təmizlənmə prosesinin necə getdiyini bilmək üçün səhərlər sidiyə çıxanda sidiyin rəngindəki dəyişiklikdən onu da biləcəksiniz ki, orqanizminizdə nə qədər zərəli maddələr olub.

Təbii ki, hər bir kəsi maraqlandıran sual ortaya çıxır. Niyə məhz düyüdən istifadə olunur? Düyü kristal tərkibə malik olduğu üçün o həm mədədə, həm də bağırsaqlarda olan zərərli maddələri özünə çəkir və bununla da orqanizmi bu lazımsız və sağlamlığa problem yaradan maddələrdən azad edir.




İlham Cəmiloğlu

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır