Modern.az

Bakı küçələrində rəqəmli svetoforlar

Bakı küçələrində rəqəmli svetoforlar

Ölkə

7 Oktyabr 2009, 09:46

Bakıda rəqəmli svetoforların quraşdırılmasına başlanılıb. Modern.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, nəqliyyatın sıxlığı ilə seçilən Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində ilk rəqəmli svetofor quraşdırılıb. Bu proses bütün yol boyunu əhatə edəcək.
Dünyanın əksər şəhərlərində istifadə olunan rəqəmli svetoforlar hərəkətin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir. Bu, həm sürücülər, həm də piyadalar üçün sərfəlidir. Belədə sürücülər svetofordakı növbəti işığın nə zaman yanacağını göstərən vaxtı izləyərək hərəkətə vaxtında hazırlaşa bilirlər.
Rəqəmli svetoforlar yaxın gələcəkdə paytaxtın bütün küçələrində quraşdırılacaq.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir