Modern.az

“Qanun qadağan etsə də, bazarlarda geni dəyişdirimiş məhsullar var”- MÜSAHİBƏ

“Qanun qadağan etsə də, bazarlarda geni dəyişdirimiş məhsullar var”- MÜSAHİBƏ

Aktual

3 Fevral 2015, 14:21


Milli Məclisin Aqrar siyasət komitəsinin sədir müavini, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq" ın sədri Eldaq Quliyev Modern.az saytına müsahibə verib.

- Eldar müəllim, Azərbaycan prezidenti tərəfindən 2015-ci il ölkəmizdə kənd təsərrüfatı ili elan olundu. Bu il həm də dünyada neftin ucuzlaşmasına təsadüf edir. Ümumiyyətlə, mütəxəssis olaraq ölkəmizdə aqrar sektorunun vəziyyətini necə qiymətləndirirsiniz? 

- Bu gün Azərbaycanda aqrar sahə inkişaf edir, irəliyə doğru addımlar atılır. Birmənalı olaraq 10-15 il əvvəlki aqrar sahənin vəziyyəti ilə bu günü bir tutmaq olmaz.

Diqqət edin, bu ilin yanvarın 11də cənab Prezidentin rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi. İclasda ilin yekunu ilə əlaqədar olaraq göstəricilər səsləndirildi. Ümumdaxili məhsulumuz 3 faiz, insanların gəliri 4.8 fazi artıb. İnflyasiya 1.5 faizdir. Valyuta ehtiyatımız 50 milyarddan yuxarıdır.

Cənab Prezident onu da bildirdi ki, dünyada 2008-ci ildən başlayan maliyyə böhranı bu gün də davam edir. Ancaq hamımız görürük ki, bunun Azərbaycana təsiri yoxdur. Bu isə ölkəmizin mükəmməl idarə olunmasının nəticəsidir.

Baxın, Azərbaycan da neft ixrac edən ölkələrdən biridir. Və dünyada neftin qiyməti ciddi şəkildə aşağı düşüb. Bütün bunlara baxmayaraq Azərbaycan iqtisadiyyatına heç bir geriləmə yoxdur. Cənab prezident həmin toplantıda çox nikbin danışdı. O qeyd etdi ki, hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, bu məsələdən əndişəyə ehtiyac yoxdur. Bilməliyik ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, əhalimiz heç bir çətinliklə üzləşməyəcək.

- Ərzaq təhlükəsizliyi ilə bağlı hansı addımlar zəruridir?

- Həmin toplantıda cənab Prezident qeyd etdi ki, dünyada ən böyük problemlərdən biri də bu gün əhalinin ərzaq təhlükəsizliyinin təminatıdır. Mən də bir mütəxəssis kimi deyirəm ki, istər inflyasiya olsun, istər neftin qiyməti aşağı düşsün, bu, müəyyən müddətə tənzimlənən məsələdir. Ancaq ərzaq təhlükəsizliyin təminatında 1-2 gün problem olsa, ciddi fəsadlar ola bilər. Ona görə də hər bir ölkə öz ərzaq  təhlükəsizliyini təmin etməlidir.

Bu sahəni cənab İlham Əliyev 2003-cü ildən nəzarətdə saxlayəb. Həm inkişafa önəm verilir, həm də kəndlərdə insanların kənd təsərrüfatına olan marağının stimullaşdırılır.

Bilirsiniz, kənd təsərrüfatının ən yaxşı xüsusiyyəti odur ki, burada daimalıq iş yerləri var. Düzdür, mövsümü də olur. Ancaq buna baxmayaraq, həmişə ərzaq da, iş də var.

Şəhərdəki kimi deyil ki, 8 saat işləyəsən. Hər kəsin həyətyanı sahəsi, mal-qarası var. Kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi ilə qəbul olan qanunların icra olunması, icra orqanları tərəfindən ərzaq təhlükəsizliyi məsələsi həll olunmaqdadır. Cənab Prezident bir neçə gün bundan öncə görüş keçirdi. Artıq 3-cü dəfədir ki, Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı qəbul olunur. Cənab Prezident bütün icra orqanlarını, müvafiq strukturları dəvət edərək, Heydər Əliyev mərkəzində böyük müşavirə keçirdi. Müşavirədə keçən il ərzində proqramın başa çatması ilə əlaqədar ayrı-ayrı nazirliklər, komitələr məlumat vedilər.

Prezident qeyd etdi ki, Azərbaycan özü özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməlidir. Artıq idxaldan ixraca keçmək lazımdır. Hətta bir neçə məhsulun adını çəkdi ki, hansı məhsullara özümüz təmin edə bilərik. Qoyun əti ilə 98 faiz,mal əti ilə 85 faiz, yumurta ilə tam, taxılla 60 faiz özümüzü təmin edə bilərik.Biz artıq ixrac işinə də keçməliyik. Rusiya bazarı Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün açıqdır. Həmişə bizə çətinliklər, bariyerlər yaradılırdı. Ancaq indi bizdən xahiş edirlər ki, onlara məhsul verək. Biz hələ süd məhsulları ilə özümüzü tam təmin edə bilmirik. Ancaq şərait var ki, gələcəkdə biz bu sahəni də inkişaf etdirək və xaricə məhsul ixrac edək. Cənab prezidentin icra orqanları qarşısında qoyduğu məsələlərdən biri də odur ki, stimullaşma olmalıdır. Bu stimullaşmadan bəzi əliəyrilər özlərinin şəxsi mənafeyi üçün istifadə edir. Hamı bilir ki, stimullaşmaya ayrılan vəsait sona qədər çatmır, yalnız bir qismi çatır. Cənab Prezidentqeyd etdi ki, hər şeydən xəbəri var. Tapşırıdı ki, bir daha neqativ hallar olmasın.  Yəqin ki, hüquq-mühafizə orqanları bu məsələnin axırına gedib çıxacaq.

- Eldar müəllim, konkret olaraq aqrar sahənin inkişafı ilə bağlı təklifləriniz nədən ibarətdir?       

- Bu sahənin ciddi stimullaşdırılmasına ehtiyac var. Amerika kimi dövlətdə də stimullaşma var. Keçmişdə bizdə də belə olub. Əvvəlcədən məhsulun qiymətinin 25-30 faizi ödənilirdi. Diqqət etdinizsə,cənab Prezident torpaqlardan istfadə məsələsinə də toxundu. Bilrisiniz ki, Azərbaycanda torpaq onsuz da məhduddur. 20 faizi də ermənilər tərəfindən zəbt olunub. Torpaq fondumuz azdır. Bundan səmərəli istifadə etmək lazımdır. Çox təəssüf olsun ki, torpaqları başqa-başqa məsələlərə görə alırlar. Bu torpaqlar  əkin üçün yararlı olan torpaqlardır. Bunu başqa məqsədlər üçün necə istifadə etmək olar? Bu mütləq əkin üçün istifadə edilməlidir. Bizdə 9 iqlim qurşağı mövcuddur. Hər zonada hansısa məhsulun əkilməsinə şərait var. Əgər biz istehsalçının mənafeyini qoruyuruqsa, niyə onların məhsulunun qiymətini aşağı salırıq? Niyə kənardan, kartof, alma almalıyıq? Biz istehsalçıların mənafeyini qorumalıyıq.  

- Maraqlı bir məqam da var, Azərbaycanda dünya standartlarına cavab verən kəndə təsərrüfatı bazarları varmı?  

- Cənab Prezident həmin müşavirədə yaşıl bazalardan da danışdı. Bu gün Azərbaycanın bir çox yerində yaşıl bazar açılmalıdər. Keçmiş bazarlardan qurtulmaq lazımdır. Şərait yaratmaq lazımdır ki, insanlar öz məhsullarının üzərinə 3-5 faiz qazanc əlavə edib sata bilsinlər. Həm topdansatış, həm də pərakəndəsatış üçün bazarlar yaratmaq lazımdır. Böyük marketlər tikilməldir. İnsanlar marketin birinci mərtəbəsində kənd təsərrüfatı məshulları, qalan mərtəbələrdə isə sənaye məhsulları sata bilsinlər. Mən hesab edirəm ki, bunların hamısı böyük proqramdır.

Prezidentimiz yekun çıxışında belə bir ifadə işlətdi ki, biz hansısa ölkələrdən ərzaq məhsulu alırıq, elə ola bilər ki, ərzaq çatışmazlığı ilə əlaqədar həmin ölkələr məhsulu satmasın. Onda biz pis vəziyyətdə qala bilərik. 2008-ci ildə dünyada belə bir hadisə oldu, ərzaq çətinliyi yarandı. 40 ölkə kənara məhsul satmadı. O zaman ərzaq alan ölkələrdə ciddi problemlər yaranmışdı. Bir çox ölkələrdə, eləcə də bizdə 2 aylıq ərzaq ehtiyatı olur. Bu o demək deyil ki, tam biz arxayın olmalıyıq. Məsələdən çıxış yolumuz özümüzün istehsalımızdan keçır.

- Azərbaycanın bu sahədə potensialını necə qiymətləndirmək olar?        

- Biz unu, duzu 2-3 il saxlaya bilmərik, məhsulları daim dəyişməliyik. Azərbaycan kimi bir ölkənin aqrar sahədə böyük potensialı var. Neft, qaz istehsalı ilə bərabər aqrar sahəni, kənd təsərrüfatı sahəsini inkişaf etdirməliyik. Bizim vətəndaşlarımız bu ilin kənd təsərrüfatı ili olması ilə əlaqədar cənab Prezidentə minnətdarlıq bildirir. Çünki bu, aqrar sahəyə diqqəti daha da artıracaq. Cənab Prezident müşavirədə torpaqların monitorinqi ilə bağlı da fikir səsləndirdi. Baxaq, görək, harada torpaqlarımız var, bu torpaqlardan hansı şəkildə istifadə edirlər və ya hansı səbəbə görə istifadə etmirlər? Yalandan müqavilə imzalayırlar ki, icarəyə verdim. Bunlar hamısı kağızda olan məsələlərdir. Bu gün artıq xəyallardan reallığa keçmək lazımdır. Torpaqlarımız şoranlaşır. Kimyəvi gübrələrdən təbii gübrələrə keçməliyik. Kimyəvi gübrələrin insan bədəninə zərəri var və torpağı öldürür. Bir neçə ildən sonra torpaq məhv olur. Əgər torpağı məhv etsək, gələcəkdə ondan istifadə edə bilməyəcik. Bir tərəfdən gübrələr, bir tərəfdən də şoranlaşma torpaqlarımızı məhv edir. Prezident bildirdi ki, dövlət ehtiyatında olan torpaqların bir hissəsini istifadə etmək üçün vermək olar.

- Eldar müəllim, bizdə məhsuldarlıq məsələsi sizi qane edirmi?    

- Avropada hər hektardan 85 sentner taxıl götürülür. Bizdə ən böyük rəqəm 55 sentnerdir. Biz buna da razıyıq. Heç olmasa hamısında 55 sentner olsa, yavaş-yavaş inkişaf edərik. Bunun üçün yeni toxum növləri lazımdır. İribuynuzlu heyvanlar 2 milyon yarımdan çoxdur . Ancaq il ərzində bir inəkdən 1000 litrdən çox süd yığa bilmirik. Bu göstərici Amerikada 30 min litrdir. Almaniyanın 1 keçisi bizim 1 inəyin verdiyi süd qədər süd verir. Biz Ağcabədiyə getdik və gördük ki, orada maldarlıq da, keçiçilik də var.

- Bəs, bu sahədə problemlər nədən ibarətdir?       

- Bu gün kənd təsərrüfatının bir nömrəli problemlərindən biri də su ilə təchizatdır. Bunun üçün artizan quyuları lazımdır. Əgər suda problem varsa, quyulardan istifadə etmək lazımdır. Bundan başqa,emal müəssisələrinə xüsusi diqqət verilməlidir. Bəzən məhsul kəndlinin əlində qalır, xarab olur. Onları emal müəssisələrinə vermək lazımdır. Biz həm özümüzü təmin edə bilərik, həm də xaricə məhsul sata bilərik. Geni dəyişdirilmiş məhsullar Azərbaycana gətirilməməli və onlardan istifadə olunmamalıdır. Bu haqda qanun da var. Ancaq çox təəssüflər olsun ki, hələ də o cür məhsullara bazarlarda rast gəlirik. Bu cür məhsullar sonsuzluğa və müxtəlif xəsətliklərə gətirib çıxarır. Məhsul gətirildiyi zaman onun sertifikatı olmur ki, biz onu hansı ölkədən gəldiyini bilək. Biz öz ölkəmizi qoruyub saxlamaliyiq, tanımadığımız, geni dəyişdirilmiş məhsulları gətirib uşaqlarımızı niyə bədbəxt etməliyik? 

- Bu məsələlərdə Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzərinə hansı yük düşür?

- Aqrar Siyasət Komitəsi öz təşəbbüsü ilə bir neçə qanun qəbul edib. Deyə bilərəm ki, 2-3 ildir koorperasiya haqqında qanunu qəbul etmək istəyirdik. Bu bizim təşəbbüsümüzlə irəli sürülüb. Cənab Prezident keçən il fevralın 24-də kənd təsərrüfatının inkişafı ilə əlaqədar olaraq sərəncam imzaldı. O tapşırıq vermişdi ki, həmin qanun layihəsi hazırlansın. Hesab edirəm ki, yaz sessiyasında biz onu qəbul edəcəyik. Bu qanun kənd təsərrüfatında işləyənlərə kömək  edəcək. Bir çox insanlar var ki, bu qanunu gözləyirlər. Bir əldən səs çıxmır, ona görə də həmin insanlar  birləşərək bir təsərrüfat yaradacaqlar

- Bəzən belə qurumlar az qala kolxoz, sovxozla müqayisə olunur. Bir də sovet vaxtında “Azərittifaq”ın da bu məsələlərdə böyük qatqısı var idi.     

- O vaxt “Azərittifaq” kənd təsərrüfatının tədarükü ilə məşğul idi və bütün sahələrə kömək idi. Bu günki dövrdə məhsul tədarükü ilə bağlı məsələləri bizim quruma tapşırsalar öhdəsindən gələ bilərik. Sual ola bilər ki, biz məhsulu niyə tədarük edə bilmirik? Biz istənilən məhsulu gətirə bilərik, ancaq təhvil verəcəyimiz yer bəlli deyil. Əvvəllər bizim xüsusi bazarlarımız var idi. Orada məhsul satışa çıxarılır, digərləri isə bazarlara göndərilirdi. Özümüzün alış-veriş müəssisələrimiz var idi. Bir hissələri də oraya göndərilirdi. Artıq onların heç biri yoxdur. Demək olar ki, özəlləşdirilib.

-  Söz açdığınız kooperasiya sistemi başqa ölkələrdə də mövcuddurmu?

- Korperasiya sistemi dünya ölkələrində var. Birləşmiş Millətlər Təşkilatının bir qoludur. MDB ölkələrində, hətta Rusiyada bu qurumlar fəaliyyət göstərir. Onlarda o dövrdə kolxoz bazarları var idi. Azərbaycanda Elçibəyin dövründə fərman verdilər və bu bazarları çıxardılar.  O vaxt icra orqanlarına verildi, ancaq məşğul olan olmadığı üçün özəlləşdirilməyə verildi. Hesab edirəm ki, bu günki dövrdə buna çox ehtiyac var və biz bunun öhdəsindən gələ bilərik.

- Hazırda Kənd təsərrüfatı naziri Heydər Əsədovdur.  Onun bu sahə ilə bağlı səriştəsini necə qiymətləndirirsiniz?

- Mən hesab edirəm ki, Heydər Əsədov çox yaxşı mütəxəssis və yaxşı maliyyəçidir. O Maliyyə Nazirliyində işlədiyi dövrdə də kənd təsərrüfatı ilə əlaqələri var idi. Bu gün maliyyəçi, iqtisadçıdır. Biz informasiya haqqında qanun təsdiq etdik. Bu sahəyə o qədər də maliyyə xərci yoxdur. Heydər Əsədovun özünün elmi tədqiqat institutu var. Onlara tapşırıq verəcək, onlar da məlumatı alıb yayacaqlar. Biz elektron hökumətdən danışırıq. Bu gün bilinməlidir ki, bizdə hansı kənd təsərrüfatı məhsuluna nə qədər ehtiyac var. Ona görə də, həm yerli, həm xarici tələbatı öyrənmək vacibdir.

Ölkəmizə elə toxumlar gətirilməlidir ki, bizim mühitə uyğun olsun. Ətçilik üçün uyğun mal-qara lazımdır. Yüksək məhsuldarlı toxum lazımdır. Mən Vena şəhərində taxıl zəmilərinə baxdım. Bizdə taxıl uzun olur, ancaq onlarda elə deyil. Onların taxılları o qədər məhsuldar idi ki, sağa-sola əyilirdi. Hətta orada işləyənlər deyirdi ki, həmin taxıl sahələri siğortalandığı üçün, təbii fəlakət baş versəbelə bir o qədər narahatçılıq keçirmirlər. Bu gün özümüz taxılla 60 faiz təmin edirik. Bu, yüksək bir göstərici deyil. Türkiyənin 80 milyon əhalisi var. Taxıl da əkir, hələ xaricə də satır. Avropa ölkələrində məhsuldarlıq olduqca yaxşıdır. Bizməhsulun maya dəyərini aşağı salmalıyıq. Bizdə maya dəyərini çox qaldırırlar.Ancaq kənd təsərrüfatı məhsullarının maya dəyərini çox qaldırmaq olmaz. Bu gün ailənin büdcəsi var. Onun 70-80 faizi ərzağa gedir. Çalışmalıyıq ki, heç olmasa insanların cibində olan pulun 50 faizi məhsula getsin.

- Neftin qiyməti aqrar sahəyə necə təsir edə bilər?

- Bu gün Cənab Prezidentin ölkəmizə verdiyi ən böyük töhvə benzinin qiymətinin qalxmasının qarşısını 1 gündən sonra aşağı salması oldu.

2015 ən çətin illərdən biridir. Ərəb ölkələrində, Ukraynada qırğınlar,  münaqişələr var. Bu dəqiqə insanları, dinləri biri-birinə qarşı qoyurlar. Azərbaycanda bu kimi halların heç biri yoxdur. Rusiyada vəziyyət gərgindir. İqtisadi durumu bərbad hala düşüb. Ancaq Azərbaycan özünü bu hallardan uzaq tuta bilir. Çünki, ölkənin başında çox uzaqgörən Prezidenti var ki, O, düzgün, uzaqgörən siyasət aparır. Heç bir bloka qoşulmadan öz siyasətini sərbəst şəkildə həyata keçirir.

Xalqımıza da bəyan edir ki, iqtisadi çətinliklərdən qorxmaq lazım deyil. Azərbaycan bu gün inkişaf edən, aparıcı dövlətlərdən biridir. 2-3 aydan sonra dünyada ilk dəgə olaraq start veriləcək Avropa oyunları Bakıdakeçiriləcək. Ölkəmizə gələnlər görəcəklər ki, Azərbaycan Avropa standartlarına uyğundur. Tolerant dövlətdir, irqçiliyi yoxdur.

Ulduz İBRAHİMOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır