Modern.az

“2070-ci ildə müsəlmanlar xristianlardan çox olacaq”

“2070-ci ildə müsəlmanlar xristianlardan çox olacaq”

Dünya

3 Aprel 2015, 11:40


ABŞ-ın “Pew Resear Center” mərkəzi 2070-ci ildə İslam dininin ardıcıllarının sayına görə dünyanın ən böyük dini olacağını deyib.

Modern.az ABŞ mətbuatına istinadən xəbər verir ki, analitik mərkəz İslam dininin yaxın 50 ildə digər dinlərdən 2 dəfə sürətlə yayılacağını proqnozlaşdırır. 2010-cu ildə Yer kürəsi sakinləri arasında xristianların sayının 31,4 faiz, müsəlmanlarınsa 23,2 faiz olduğunu xatırladan “Pew Research Center” 2050-ci ildə bu göstəricinin dəyişəcəyini güman edir. Xristianların 31,4 faiz, müsəlmanlarınsa 29,7 faiz olacağını təxmin edən amerikalı ekspertlər 2070-ci ildə artıq İslam ardıcıllarının çoxluq təşkil edəcəyini deyib. 

Maraqlıdır ki, proqnozlara görə 202-cu ildə Avropa əhalisinin 5,9 faizini təşkil edən müsəlmanların sayı 2015-ci ildə “qoca qitə”nin 10,2 faizə çatacaq.



Vüqar İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır