Modern.az

Nemtsovun qatilindən ETİRAF: “O, ayağa qalxmaq istəyəndə daha 2-3 dəfə atəş açdım”

Nemtsovun qatilindən ETİRAF: “O, ayağa qalxmaq istəyəndə daha 2-3 dəfə atəş açdım”

15 Aprel 2015, 18:23

Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovu qətlə yetirməkdə təqsirləndirilən Zaur Dadayevin istintaqa etdiyi etiraflar mətbuatın əlinə keçib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Dadayev ifadələrində cinayətin detallarını bölüşüb:

“Nemtsov öz rəfiqəsi ilə körpüdə gedirdi. Mən iti addımlarla onları izləyirdim. Yolda heç kəslə rastlaşmadığım üçün cinayət yerini və məkanını ideal hesab etdim. Nemtsov sağdan, onun əlini tutan qız isə soldan gedirdi. Onlara 10 metr qalmış tapançanı çıxardım və gülləni darağa doldurdum. Solaxay olduğum üçün silahı sol əlimə götürdüm, sağ əlimdə telefonu saxlayırdım. Onlara 5 metr qalmış isə Nemtsovun başına arxadan 3 güllə atdım. Telefonla Beslana siqnal verdim ki, mənə yaxınlaşsın. Eyni vaxtda mənə yaxınlaşan nəhəng narıncı maşın gördüm. Nemtsov yıxıldı və qızı da özü ilə birlikdə yıxdı. Sonra gördüm ki, o, hələ sağdır və qalxmaq istəyir. Onda daha 2-3 dəfə atəş açdım”.

Dadayev sonda bu əməlini  “Allah üçün” etdiyini və buna görə heç bir pul mükafatı almadığını vurğulayıb.

Məhkəmədə Zaur Dadayev istintaqa verdiyi bu ifadələrdən imtina edib.     


Vüqar İsmayılov
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü