Modern.az

Yerevandakı aksiyada saxlanılanlar 237 nəfərə çatır - FOTOLAR

Yerevandakı aksiyada saxlanılanlar 237 nəfərə çatır - FOTOLAR

Dünya

23 İyun 2015, 12:09

Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edərək keçirilən və güc strukturlarının vəhşicəsinə müdaxiləsi nəticəsində saxlanılan şəxslərə qarşı cinayət işi açılacaq. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, saxlanılanların sayı 237 nəfərdir və onların bir hissəsinə xuliqanlıq maddəsi ilə ittiham elan ediləcək.

İyunun 23-də Ermənistan polisi Yerevanın Baqramyan prospektindəki oturaq aksiya iştirakçılarının ərazidən uzaqlaşdırılması məqsədilə əməliyyat keçirib. Güc tətbiqi iyunun 23-də yerli vaxtla saat 05:25-də başlayıb. Nəticədə polislə aksiya iştirakçıları arasında gərginlik yaranıb.

 








Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır