Modern.az

Rusiya Ermənistanı blokadadan çıxarmaq üçün addım atdı

Rusiya Ermənistanı blokadadan çıxarmaq üçün addım atdı

Dünya

7 Avqust 2015, 10:58

Rusiya Dəmiryolu Qoşunları Abxaziyanın Oçamçira rayonundan İnquri çayına qədər olan hissədəki dəmiryolu xəttinin bərpasına başlayıb. Modern.az saytı qondarma “Abxaziya respublikası”nın mətbuatına istinadən xəbər verir ki, Abxaziya Dəmir yolları İdarəsinin direktoru İqor Marqaniya da məlumatı təsdiqləyib. Onun sözlərinə görə rusiyalı hərbçilər gürcü-abxaz müharibəsi zamanı dağılan yolu ilkin mərhələdə təmizləyəcək, sonra isə dəmir yolu xəttininin bərpasına başlayacaqlar.

“Abxaziya Dövlət Nəqliyyat İdarəsinin rəisi” Zurab Xacimba isə rusiyalı dəmiryolçuların ərazini əsaslı təmir edəcəyini deyib. Onun sözlərinə görə, yol təmir olunduqdan sonra Rusiyadan yük və sərnişinlər bu yolla Gürcüstana və gələcəkdə Ermənistana daşınacaq.

“Bizə bunun ziyanı yoxdur, yalnız xeyri var”,- deyə o, bildirib.

Abxaziya mətbuatı dəmiryolu xəttinin bərpasına 800-dən artıq rusiyalı dəmiryolçunun cəlb olunduğunu bildirir.

1992-ci ildə gürcü-abxaz müharibəsi nəticəsində fəlaiyyətini dayandıran Abxaziya dəmir yolu xətti Sovet vaxtı Rusiyanı Ermənistanla birləşdirən əsas nəqliyyat arteriyası idi.



Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır