Modern.az

Məşhurların intiharı…

Məşhurların intiharı…

Dünya

7 Avqust 2015, 17:40

Dünya tarixində müxtəlif səbəblərdən intihar etmiş məşhurların adları günümüzədək qalmaqdadır. Bəziləri mövcud quruluşun ağırlığından, bəziləri psixoloji və fiziki təsirdən, bəziləri də məlum olmayan səbəblərdən bu addımı atıblar.

Modern.az həmin məşhurların adlarını və intihar səbəblərini açıqlayır.

İlk intihar Qədim Yunanıstanda Sokrat tərəfindən edilib. O, zəhər içərək özünə qəsd edib.

Cek London intihar edən şəxsiyyətlərdən biridir. İçkiyə qarşı olan zəifliyi həyatla vidalaşmasına səbəb olub.

Həyatının son illərində depressiyaya düşən amerikalı yazıçı Ernest Heminquey ciddi əqli pozuntu və depressiya diaqnozu ilə klinikaya yerləşdirilib. Həkimlərin düzgün müalicə aparmadığını anlayan yazıçı ümidsizliyə qapılaraq, öv tüfəngi ilə özünü öldürüb. Xatırladaq ki, yazıçının atası və babası da intihar edib.

1945-ci ildə Berlinin ələ keçiriləcəyi təqdirdə, özünün də yaxalanacağını güman edən Adolf Hitler sığınacaqda intihar edib. O yaxalanmamaq üçün ağzından atəş edərək özünü öldürüb.

İngilis pop müğənnisi Çarlos Haddon 2010-cu ildə Belçikada təşkil olunmuş musiqi festivalında elektrik dirəyindən tullanaraq intihar edib.

Silvia Plat faciəvi həyatı və intiharı ilə tanınan yazıçılardan biri olub. O, eyni zamanda da avtobioqrafiq roman və depressiyasının səbəblərinin açıqlandığı “Sırça Fanus“ kitabının müəllifi olub.

Edqar Allan Po ABŞ-ın ilk qısa hekayələr yazan yazarıdır. 1849-cu ildə xəstəxanada intihar edib. İntiharın səbəbləri hələ də məlum deyil.

İntihar haqqında ən maraqlı fakt isə Ziqmund Freydin ölümüdür. O, uzun müddət intihar hadisələrinin səbəblərini araşdırıb. Prixoanalizin banisi olan Z.Freyd boğaz xərçəngindən əziyyət çəkəndə həkimdən ona öldürücü dozada morfinin vurulmasını istəyərək, intihar edib.

Vüsalə Qəzənfərqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır