Modern.az

Turistləri terrorçu bilib atəş açdılar- 12 nəfər öldü

Turistləri terrorçu bilib atəş açdılar- 12 nəfər öldü

Dünya

14 Sentyabr 2015, 09:54

Misir Təhlükəsizlik orqanlarının nümayəndələri güc strukturlarına yaraşmayan kobud səhvə yol veriblər. Belə ki, onlar bir müddət öncə Əl-Səhra adlanan ərazidə meksikalı turistlərə  və yerli ziyarətçilərə atəş açıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, səhv əməliyyat nəticəsində  günahsız 12 nəfər dünyasını dəyişib, 10 nəfər yaralanıb.

Yerli aidiyyatlı orqanların verdikləri məlumata görə, buna səbəb turistlərin Qərb sərhəddində qadağan olunmuş zonaya keçmələri olub. Qeyd edək ki, Liviya ilə sərhəddə yerləşən ərazidə olduqlarına görə təhlükəsizlik orqanları onları terrorçularla səhv salıb.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır