Modern.az

Putin düşmən elan edildi

Putin düşmən elan edildi

Dünya

5 Oktyabr 2015, 10:13


“Rusiya bombarmançı təyyarələrinin Suriyada mülki əhalini vurması açıq şəkildə işğal faktorudur.  Rusiya Bəşər Əsəd rejimini qoruyaraq maraqlarını müdafiə edəcəyini zənn edir.

Rusiya Əfqanıstan və Çeçenistan təcrübəsini təkrarlayır. 5 ildir ki, Əsəd rejiminə, İrana və Hizbullaha necə müqavimət göstərmişiksə, Rusiyaya qarşı da elə mübarizə aparacağıq”.  

Modern.az saytı xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında “Müsəlman qardaşlar” təşkilatının Suriya qanadının  (“İhvan”) sözçüsü Ömər Məşuh bildirib.  

Bununla paralel olaraq “İhvan” hərəkatının rəsmi internet səhifəsində yayımlanan bəyanatda Suriyada əli silah tutan hər kəsin cihad etməyinin fərz olması qeyd olunub.  

Bildirilib ki, sözügedən təşkilat bütün imkanlarını bu istiqamətə yönəldəcək. Müraciətdə Rusiyaya qarşı cihada çağırışlar da yer alıb:  

“Biz bütün suriyalıları, bütün qrupları, irqləri, və dinləri tiranın devrilməsi və işğalın qarşısının alınmasına səsləyirik. Rusiyanın hərbi müdaxiləsi düşünülməmiş addımdır...

Rusiya Suriya məsələsində heç bir zaman tərəfsiz vasitəçi olmayıb”.  

Həmçinin Rusiya prezidenti Vladimir Putinin bütün məsələlərdə Suirya xalqının düşməni olduğu qeyd edilib.  

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır