Modern.az

Yoxsulluq səviyyəsi qaldırıldı

Yoxsulluq səviyyəsi qaldırıldı

Dünya

5 Oktyabr 2015, 12:11


Dünya Bankı planetdəki yoxsulluq  səviyyəsini gündəlik 1,25 dollardan 1,9 dollara qaldırıb. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bankın prezidenti Cin En Kim bu addımı dünyada alıcılıq qabiliyyətinin azalması ilə əlaqələndirib.

Aparılan araşdırmalar müəyyən edib ki, yoxsullar 2008-ci ildə gündəlik tələbatlarını ödəmək üçün 1,25 dollar xərcləyirdilərsə, bu gün 1,9 dollar vəsait tələb olunur.

Minimum yoxsulluq səviyyəsinin artırılmasına baxmayaraq, dünyada kasıblıq səviyyəsinə qədər olan insanların sayının 10 faizdən aşağı olduğu bildirilir. 2012-ci ildə 902 milyon insan, yaxud yer əhalisinin 12,8 faizi yoxsulluq səviyyəsində yaşayırdılarsa, bu gün göstərici 702 milyon, yaxud əhalinin 9,6 faizinə düşüb.

Dünya Bankının prezidenti 2030-cu ildə yoxsulluq üzərində qələbə qazanılacağına ümid etdiyini bildirib.

Vüqar İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır