Modern.az

Erməni deputat xalqı itaətsizliyə çağırdı

Erməni deputat xalqı itaətsizliyə çağırdı

Dünya

5 Oktyabr 2015, 13:56

Ermənistan prezidenti ölkəni əbədi idarə etmək niyyətindədir və bu məqsədinə çatmaqdan ötrü parlamentdən istifadə ediləcək. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu bəyanatla parlamentin bu gün keçirilən iclasında “İrs” partiyasının fraksiyasının rəhbəri Zauri Postandjyan çıxış edib.

Onun sözlərinə görə, Ermənistan parlamenti Konstitusiyaya dəyişikliklərini bəyənəcək və bu prezident Serj Sərkisyana idarəçilyini davam etdirməyə imkan verəcək ki, nəticədə xalqın yaxşı yaşayış ümidləri puça çıxacaq: “Belə situasiyada bizə - sadə Ermənistan vətəndaşlarına  nə etmək düşür? Hakimiyyətin dərəbəyliyinə görə vətəni tərk etmək? Mən vətəndaşları səylərini birləşdirməyə və kütləvi etirazlar üçün küçələrə çıxmağa çağırıram”.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı