Modern.az

Keçmiş baş nazir saxlanıldı

Keçmiş baş nazir saxlanıldı

Dünya

15 Oktyabr 2015, 21:58



Moldovanın keçmiş baş naziri Vladimir Filatın deputat toxunulmazlığı ləğv edilib və maliyyə-bank sistemindəki vəsaitlərin mənimsənilməsində şübhəli bilindiyindən barəsində 72 saat həbs qərarı çıxarılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Korrupsiya ilə Mübarizə üzrə Milli Mərkəzdən məlumat verilib. Keçmiş baç nazir həmin mərkəzin saxlanılma təcridxanasına yerləşdirilib.

Filatın deputat toxunulmazlığının götürləmsinin lehinə iclada iştirak edən 79 deputatın hamısı səs verib. Onun rəhbərlik etdiyi Lideral-Demokratik Partiasının fraksiyasından olan 19 deputat səsvermədən əvvəl zalı tərk edib. Filat 2009-2013-cü illərdə baş nazir olub. Bank sistemimdəki situasiyaya görə cavabdehlərin məsuliyyətə cəlb edilməsi Kişinyovda fasiləsiz etiraz aksiyası keçirənlərin əsas tələblərindən biridir.  

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır