Modern.az

Macarıstan Xorvatiya sərhədi bağlanır-XƏBƏRDARLIQ

Macarıstan Xorvatiya sərhədi bağlanır-XƏBƏRDARLIQ

Dünya

16 Oktyabr 2015, 23:21

Bu gündən etibarən Macarıstan Xorvatiya ilə sərhədini bağlayır. Modern. az xarici mediaya istinadən bildirir ki, qərar ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.

Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib ki, qərar haqqında artıq  Xorvatiya, Sloveniya, Polşa, Slovakiya, Avstriya və Almaniyaya xəbərdarlıq edilib. Bundan sonra sərhəddə iki tranzit zonası yaradılacaq. Qaçqın kimi sığınacaq almaq istəyən miqrantlar ərizə əsasında müraciət etməli olacaq.

Qeyd edək  ki, sərhədin yerli vaxtla saat 02:00-da bağlanacağı bəyan edilib. 

  Modern. az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır