Oktyabrın 25-də Avropanın diqqəti Türkiyəyə yönəlmişdi. Superliqada 9-cu tur çərmivəsində İstanbul derbisi – “Fənərbaxça” – “Qalatasaray” oyunu keçirilirdi.
Modern.az xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda keçirilən qarşılaşma bərabərliklə başa çatıb – 1:1. Qolları Dieqo (“Fənərbaxça”) və Olcan “Qalatasaray” vurublar.