Modern.az

Buz örtüyü 82 milyard ton azalıb - Yeni təhlükə

 Buz örtüyü 82 milyard ton azalıb  - Yeni təhlükə

Dünya

3 Noyabr 2015, 20:29

Son illər havaların istiləşməsi buzlaqların əriməsinə də təsirini göstərib. ABŞ Milli Aerokosmik Agentliyinin (NASA) açıqladığı yeni məlumata görə, Antarktidakı buz örtüyü də əriməkdədir. NASA-nın meteoroloji peyklər vasitəsi ilə apardığı araşdırmalar göstərir ki, Antarktida buz örtüyünü itirməklə yanaşı, xeyli miqdarda da qar qazanıb. Belə ki, Antarktidada 1992-2001 illəri arasında hər il 112 milyard ton buz artıb. Amma buz artımı 2003-2008-ci illərdə ildə 82 milyard ton azalıb. Əgər buz əriməsi bu şəkildə davam edərsə, dənizlərdə su səviyyəsi yaxın illərdə 3 metrədək arta bilər. 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır