Modern.az

Sel 11 nəfərin həyatına son qoydu

Sel 11 nəfərin həyatına son qoydu

Dünya

4 Noyabr 2015, 22:00

Ötən gün Misirdə güclü yağışların törətdiyi sel nəticəsində 11 nəfər həyatını itirib. 

Modern.az Report-a istinadən xəbər verir ki, Qahirədən şimalda yerləşən Buheyr vilayətinin Vadi ən-Natrun rayonunda 8 nəfər boğulub. Onların evlərini qəfildən su basıb və sakinlər xilas ola bilməyiblər. Daha 3 nəfər elektrik cərəyanının qurbanı olub.

Ölkənin şimal paytaxtı İsgəndəriyyə şəhəri də güclü yağıntılar nəticəsində su altında qalıb. Şəhərdəki vəziyyət getdikcə gərginləşir. Bir neçə rayonda elektrik naqillərinin partlaması nəticəsində yarımstansiyalarda yanğın baş verib və ətraf ərazilər işıqsız qalıb.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır