Modern.az

Diplomat Türkiyənin Gürcüstana olan ərazi iddialarından danışdı

Diplomat Türkiyənin Gürcüstana olan ərazi iddialarından danışdı

Dünya

5 Dekabr 2015, 15:55

Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü ölkəsinin Gürcüstanın Acarıstan bölgəsinə iddia etməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, gürcü telekanallarından birində yayımlanan “Faktor Maestro” verilişinə müsahibə verən diplomat bu iddiaları əssasız adlandırıb.

“Məndən soruşurlar ki, Acarıstan Türkiyəyə nə vaxt birləşəcək. Bilmirəm. Ola bilsin məlumatsızlıqdan, yaxud müəyyən təxribat məqsdilə bu sualı verirlər. Sizi əmin edirəm ki, belə bir şey baş verə bilməz”.

Zeki Levent Gümrükçü Türkiyənin bütün qonuşlarının ərazi bütövlüyünü dəstəkləditin söyləyib və hər 10 türkdən 9-nun bu ölkəyə dost kimi baxdığını deyib.

Səfir hər il 6 milyon Gürcüstan vətəndaşının Türkiyəni maneəsiz ziyarət etdyini də xatırladıb.

Xatırladaq ki, Acarıstan muxtar respublikası 1921-ci ildə Türkiyə və Sovet İttifaqı arasında imzalanmış Qars və Moskva müqavilələri ilə Gürcüstanın tərkibinə keçib.



Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır