Modern.az

Baş Prokurorluq: “Baş nazirin aldığı 681 milyon dollar rüşvət deyil, hədiyyədir”

Baş Prokurorluq: “Baş nazirin aldığı 681 milyon dollar rüşvət deyil, hədiyyədir”

Dünya

26 Yanvar 2016, 11:27


Malaziya prokurorluğu korrupsiyada ittiham olunan baş nazir Nəcib Razaka qarşı cinayət işini dayandırıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, istintaq orqanı baş nazirin bank hesabında aşkar olunan 681 milyon dollar vəsaitin korrupsiya faktı deyil, Səudiyyə Ərəbistanı kralının şəxsi hədiyyəsi hesab edib.

Baş prokuror Məhəmməd Apandi Əli həmin vəsaitlərin 2013-cü ilin avqustunda yenidən geriyə - Ərəbistana qaytarıldığını deyib. Bununla da prokurorluq ortada korrupsiya faktının olmadığı qənaətinə gəlib.

Bundan öncə baş nazir Nəcib Razakı “Malaysia Development Berhad” fondundan yardım alımaqda ittiham edirdilər. Sonradan həmin vəsiatlərin böyük hissəsinin Səudiyyə kral ailəsindən gəldiyi ortaya çıxmışdı.

Malaziya müxalifəti baş prokuror Məhəmməd Apandi Əlinin baş nazirin partiyası ilə sıx əlaqədə olduğunu bildirərək, istinatqın gəldiyi qənaəti qərəzli adlandırmışdı.

Vüqar İsmayılov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır