Modern.az

Kadırov istefasından sonra məşğul olacağı işdən DANIŞDI

Kadırov istefasından sonra məşğul olacağı işdən DANIŞDI

Dünya

2 Mart 2016, 10:22

Çeçenistan rəhbəri Ramzan Kadırov istefa verəcəyi təqdirdə 9 uşağının tərbiyəsi ilə məşğul olacağını və Rusiyanın maraqları daxilində olan müyyən məsələləri həll edəcəyini deyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kadırov prezident Putinin istənilən qərarına hazır olduğunu deyib.  

“Çeçenistan rəhbərliyi dəyişərsə, ailəmlə, uşaqlarımın tərbiyəsi və ev işləri ilə məşğul olacam. 9 uşağım var. İstəyim olsa da, onları tez-tez görə bilmirəm. Bu normal deyil. Oğlan uşağı atası ilə sutkada azı 1 saat bir yerdə olmalıdır”.  

Bununla yanaşı, Kadırov Putinin əmri ilə Rusiyanın maraqlarına hər an xidmət etməyə hazır olduğunu deyib.

“Vladimir Putin lazım bildiyi anda mən piyada əsgər kimi olsa da, hər an vətəni müdafiə etməyə hazıram”.    

Vüqar İsmayılov 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı