Modern.az

MSK iclas keçirəcək - yeni sədr seçiləcək

MSK iclas keçirəcək - yeni sədr seçiləcək

Ölkə

Bu gün, 11:57

Bu gün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası yeni tərkibdə ilk iclasını keçirəcək. İclasda komissiyanın sədri, sədr müavini və katiblərin seçilməsi nəzərdə tutulur.

Bu barədə Modern.az-a Mərkəzi Seçki Komissiyası tərəfindən məlumat verilib. 

Bildirilib ki, ilk iclasda, Azərbaycan Respublikasının Milli Məclisi rəhbərliyinin də iştirakı gözlənilir.

Qeyd edək ki, MSK-nın yeni tərkibinin təyin olunması məsələsi bu gün Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqlənib. Layihəyə əsasən, Sevinc Abdullayeva, Fuad Cavadov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Elçin Xələfov, Ramiz İbrahimov, Rövzət Qasımov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Elmar Məmmədov, İlham Məmmədov, Arifə Muxtarova, Qabil Orucov, Hüseyn Paşayev, Məzahir Pənahov, Mikayıl Rəhimov və İlkin Şahbazov MSK üzvü təyin ediliblər.

Bununla yanaşı, Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva komissiyanın əvəzedici üzvləri kimi təsdiqlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək