UNEC Qiyabi və Əlavə Təhsil Mərkəzinin III kurs tələbəsi Ülvi Xasayzadə dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə unieversitetin Mətbuat xidmətindən bildirilib.
Ülvi Xasayzadə Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və 5 medalla təltif olunub.
28 yaşlı Ülvü Əlisəfa oğlu Xasayzadənin meyiti aprelin 11-də Sumqayıt şəhərindəki qəbiristanlıqda tapılmışdı.
Qeyd edək ki, Ülvü ailənin yeganə övladı olub. Sabah – aprelin 16-da onun 28 yaşı tamam olacaqdı.
Mərhumun ölüm səbəbi məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.
Allah rəhmət eləsin!