Modern.az

Azərbaycanda sabiq icra başçısı vəfat edib

Azərbaycanda sabiq icra başçısı vəfat edib

Ölkə

Bu gün, 00:36

Azərbaycanda sabiq icra başçısı vəfat edib.

Modern.az xəbər verir ki, uzun illər Bərdə rayonu və Tərtər rayonu İcra Hakimiyyətlərinin başçısı vəzifələrində çalışmış Elman Allahverdiyev dünən dünyasını dəyişib.

Məlumata görə, Elman Fərman oğlu Allahverdiyev 16 mart 1958-ci ildə Tərtər rayonunda anadan olub. O, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

Əmək fəaliyyətinə Bərdə şəhərindəki 32 saylı Tikinti Quraşdırma İdarəsində betonçu kimi başlayan Allahverdiyev sonrakı illərdə müxtəlif vəzifələrdə çalışıb. O, 1982-ci ildən Bərdə 1 saylı Su Tikinti İdarəsində usta, mühəndis, idarə rəisinin müavini və baş mühəndis vəzifələrini tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək